SON DƏQİQƏ
» » Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Tarix:

3-08-2019, 16:51

/ 1 373 dəfə oxundu.
Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir.

GunAz.az xəbər verir ki, bu barədə “Eurostat”ın hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.

Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb.

25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir.

Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər