Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan ilk medalını qazanıb.
GunAz.az-ın xəbərinə görə, Bakıda keçirilmiş XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı Cəbrayıl Hacıyev bu yarışın da qalibi olmağı bacarıb.
65 kq çəki dərəcəsində yarışan dağıstanlı sərbəst güləşçimiz bir həftə əvvəl EYOF-un finalında 6:5 məğlub etdiyi rusiyalı Batırbəy Sxovrebovla yenə həlledici görüşdə üz-üzə gəlib.
İdmançımız bu dəfə osetin rəqibinə 6:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah iki sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq.