SON DƏQİQƏ
» » “Neftçi” oyunu elə qurdu ki... - Rusiyalı məşqçi

“Neftçi” oyunu elə qurdu ki... - Rusiyalı məşqçi

Tarix:

26-07-2019, 21:02

/ 1 126 dəfə oxundu.
“Neftçi” oyunu elə qurdu ki... - Rusiyalı məşqçi

Tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyununu (0:1) şərh edib.

Qol.az-ın yaydığı xəbərə görə, o qeyd edib ki, Bakı təmsilçisi bu oyuna diqqətlə hazırlaşıb:

“Biz bilirik ki, “Neftçi”nin məşqçisi italiyalıdır. O, oyunu müdafiədən yaxşı qurmağı bacarır. Mənə məlumdur ki, “Neftçi”nin məşqçilər heyəti “Arsenal”ın oyunlarına baxıb. Onlar matça layiqincə hazır idilər. “Neftçi” oyunu elə qurdu ki, “Arsenal”a güclü tərəflərini göstərməyə imkan vermədi.

Hesab etmirəm ki, “Neftçi” daha güclü döyüşçüdür. Sadəcə, onlar avrokuboklara tez-tez iştirak ediblər. Məsələ burasındadır ki, bizim çempionat Azərbaycan çempionatından xeyli güclüdür. Bu başqa məsələdir ki, Tula təmsilçisi bir neçə hücuma meylli futbolçusunu itirmişdi. Yəqin ki, bu, onların oyununa təsir etdi. Bütün hallarda hesab edirəm ki, “Neftçi” bu qarşılaşmaya əla səviyyədə hazır idi”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ