SON DƏQİQƏ

Millimizdən biabırçılıq

Tarix:

7-06-2019, 09:03

/ 2 339 dəfə oxundu.
Millimizdən biabırçılıq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2019-cu ildəki ilk rəsmi görüşünə çıxıb. GunAz.az bildirir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə qarşılaşıb.

6 komandanın mübarizə apardığı 2-ci qrupda yer alan yığmamız qrupun ilk görüşünün iştirakçısı olub. Milan Obradoviçin yetirmələri Avropanın zəiflərindən olan Lixtenşteynin qonağı olub. Oyun gözləniləndən fərqli, "cırtdanlar"ın qələbəsi ilə nəticələnib. Eşen şəhərindəki qarşılaşmada penaltidən erkən vurulan qol Lixtenşteynə 3 xal qazandırıb.

Qrupda növbəti oyunlar sentyabrda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi

II qrup
6 iyun

Lixtenşteyn (U-21) - Azərbaycan (U-21) - 1:0
Qol: Noah Frik, 10 (pen.)

"Sportpark Eşen Mauren" (Eşen). Baş hakim: Tim Marşal (Şimali İrlandiya).

Lixtenşteyn: 1. Armando Mayer, 2. Lukas Qraber, 3. Noah Qraber, 4. Rafael Qrünenfelder, 5. Fabian Unterrayner, 6. Simon Lüxinger, 7. Benjamin Voqt, 8. Noah Frommelt (k), 9. Tim Şreyber, 10. Noah Frik, 11. Paskal Koller

Ehtiyat oyunçular: 12. Raffael Loosli, 13. Martin Marxer, 14. Roman Spiriq, 15. Conas Hilti, 16. Lukas Büxel, 17. Niklas Bek, 18. Marko Marxer, 19. Aaron Salanoviç, 20. Menderes Çağlar

Baş məşqçi: Martin Stoklasa

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 17. Barış Ekincier, 23. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 14. Ziya Əzizov, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov, 18. Emin Qasımov, 19. Tural Bayramlı, 20. Elçin Mustafayev, 21. Ərziman Rizvanov

Baş məşqçi: Milan Obradoviç

скачать dle 12.1

Şərhlər