SON DƏQİQƏ
» » “Çelsi”-“Arsenal” oyununda 28 May qeydi... - Açıqlama

“Çelsi”-“Arsenal” oyununda 28 May qeydi... - Açıqlama

Tarix:

24-05-2019, 16:29

/ 1 292 dəfə oxundu.
“Çelsi”-“Arsenal” oyununda 28 May qeydi... - Açıqlama

Mayın 29-da təxminən 1 milyard insanın diqqəti Bakıda keçiriləcək Avropa Liqasının final matçında olacaq. Sosial şəbəkələrdə bəzi ictimai-siyasi fəallar ölkəmizdə baş tutacaq bu tədbirin olduqca böyük və mötəbər olduğunu bildirərək, bunun Respublika Günümüzlə üst-üstə düşməsini nəzərə almağı təklif ediblər. Belə ki, onlar dünyaya 101 illik tariximizlə bağlı mesaj vermək üçün tədbir çərçivəsində stadionda hansısa bir aksiya, fləşmob və yaxud qısa video-çarx təqdim etməyin münasib olduğunu bildiriblər.

Məsələyə münasibət bildirən AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla GunAz.az-a bildirib ki, UEFA öz bayrağı altında keçirilən oyunlarda siyasi şüarların səslənməsini və yaxud siyasi təbliğat aparılmasını birmənalı şəkildə qəbul etmir:

“Avropa Liqasının final matçını Azərbaycan deyil, UEFA keçirir. UEFA-nın idmanın siyasətdən uzaq olması barədə öz yanaşması var. Bu səbəbdən inanmıram ki, UEFA Bakıda keçiriləcək final matçında belə bir şeyə icazə versin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ