SON DƏQİQƏ
» » Futbol məşqçiləri arasında ən çox kim maaş alır?

Futbol məşqçiləri arasında ən çox kim maaş alır?

Tarix:

2-04-2019, 09:17

/ 10 249 dəfə oxundu.
Futbol məşqçiləri arasında ən çox kim maaş alır?

"France Football" jurnalı cari mövsümün ən çox maaş alan futbol məşqçilərinin adlarını açıqlayıb.

GunAz.az-ın məlumatına görə, ilk pillədə İspaniyanın "Atletiko" klubunun baş məşqçisi argentinalı Diyeqo Simeone qərarlaşıb. D.Simeone ildə 41 milyon avro maaş alır.

İkinci və üçüncü yerdə öz klublarını mövsüm bitməmiş tərk edən portuqaliyalı Joze Mourinyo (31 milyon avro) və Tyeri Anri (25,5 milyon avro) qərarlaşıblar.

"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola (24 milyon avro) dördüncü, Barselonanın baş məşqçisi Ernesto Valverde (23,5 milyon avro) isə beşinci sırada qərarlaşıblar.(Trend)

скачать dle 12.1

Şərhlər