SON DƏQİQƏ
» » Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək

Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək

Tarix:

28-03-2019, 09:52

/ 10 243 dəfə oxundu.
Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək

Dünya Güləş Birliyinin (UWW) vitse-prezidenti, Avropa Güləş Federasiyasının başçısı Tzeno Tzenov martın 26-dan ölkəmizdə rəsmi səfərdədir.

GunAz.az bildirir ki, bu barədə Azərbaycan Güləş Federasiyası bildirib.

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi ilə görüşən UWW rəsmisi Bakıda bir neçə otelin şəraiti ilə tanış olub və Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib.

Belə ki, AGF gələn il martın 19-dan 22-dək baş tutacaq Avropa Olimpiya təsnifat turnirini təşkil etmək üçün namizədliyini irəli sürüb. Beynəlxalq yarışları keçirmək təcrübəsi zəngin olan ölkəmiz Olimpiadaya lisenziya verən bu turniri də yüksək səviyyədə təşkil etmək əzmindədir. Elə T.Tzenov da müşahidələrinə əsasən, Bakıdakı idman infrastrukturundan razılığını dilə gətirib.

AGF-nin rəhbəri Namiq Əliyev də öz növbəsində qonaqla görüşdə təsnifat turnirinin bundan əvvəlki yarışlar kimi ən yüksək səviyyədə keçiriləcəyinə təminat verib. Buna misal kimi Bakıda keçirilən güləş üzrə dünya və Avropa çempionatını, “Qızıl Qran Pri”ləri göstərmək olar. Qonaq artıq bu gün ölkəmizi tərk edəcək.

 

Qeyd edək ki, Bakı ilə yanaşı, namizəd şəhərlər arasında Zrenyanin (Serbiya), Roma (İtaliya) və Budapeşt (Macarıstan) də var. Bu yarışda hər çəki üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq. Yekun qərar aprelin 7-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Baş Assambleyada açıqlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ