SON DƏQİQƏ
» » “Qarabağ”ın futbolçularına tanış hakim Xorvatiya ilə oyuna təyin olundu

“Qarabağ”ın futbolçularına tanış hakim Xorvatiya ilə oyuna təyin olundu

Tarix:

18-03-2019, 14:39

/ 10 274 dəfə oxundu.
“Qarabağ”ın futbolçularına tanış hakim Xorvatiya ilə oyuna təyin olundu

AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Azərbaycan görüşünü idarə edəcək hakim müəyyənləşib.

GunAz.az xəbər verir ki, görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Kabakov olacaq. 33 yaşlı referi millimizin oyununu idarə etməsə də, yığmamızın əksər üzvlərinin oynadığı “Qarabağ”ın görüşündə bir dəfə baş hakim funksiyasını yerinə yetirib.

Bu matç 2015-ci ilin iyulun 22-də baş tutub. Həmin vaxt “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqroda “Rudar” klubunun qonağı olub. Ağdam təmsilçisinin 1:0 qalib gəldiyi görüşdə Georgi Kabakov üç sarı vərəqədən istifadə edib və bunlar meydan sahiblərinin futbolçularını cəzalandırmaq üçün cibdən çıxarılıb.

Qeyd edək ki, millimiz dünya ikincisi Xorvatiya millisi isə Zaqrebdə martın 21-də qarşılaşacaq.  

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ