SON DƏQİQƏ
» » "Real"da dava düşdü: Ramos klub prezidentini hədələdi

"Real"da dava düşdü: Ramos klub prezidentini hədələdi

Tarix:

8-03-2019, 17:54

/ 10 310 dəfə oxundu.
"Real"da dava düşdü: Ramos klub prezidentini hədələdi

Çempionlar Liqasının 1/8 final mərhələsində Hollandiyanın "Ayaks" klubuna məğlub olaraq mübarizəni dayandıran "Real"da vəziyyət gərginləşir.
 Amsterdam təmsilçisi ilə oyundan sonra komandanın kapitanı Serxio Ramos və prezident Florentino Peres arasında dava düşüb.
Oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq, futbolçulara ağır sözlər  deyib. Bu zaman kapitan Serxion Ramos komanda yoldaşlarını müdafiə edərək "Bunun tək günahkarı biz deyilik. Yayda forvard alacağıq dedin, amma almadın. Günah səndə və sənin yaxın adamlarındadır" deyib. 
Bu zaman Florentino Peres Serxio Ramosu komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: "Müqaviləmin qalan müddətdəki maaşımı verin, bu dəqiqə gedirəm".
Kapitan və futbolçunun olduqca yüksək səslə mübahisə etdiyi, bir-birini hədələdiyi deyilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ