SON DƏQİQƏ
» » Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq

Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq

Tarix:

6-03-2019, 13:46

/ 10 292 dəfə oxundu.
Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. 

 

Azərbaycan Güləş Federasiyasından GunAz.az-a  verilən məlumata görə, martın 8-dən 10-dək qitə birinciliyində sərbəst güləşçilər mübarizə aparacaq. Məsul yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər