SON DƏQİQƏ
» » 13 legionerimiz Azərbaycan çempionatında neylədi?

13 legionerimiz Azərbaycan çempionatında neylədi?

Tarix:

21-12-2018, 20:16

/ 10 303 dəfə oxundu.
13 legionerimiz Azərbaycan çempionatında neylədi?

Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan çempionatı başa çatıb.

GunAz.az xəbər verir ki, güləşin bu növündə 205 pəhləvan qüvvəsini sınayıb.

Millimizin Georgi Edişeraşvili (-57 kq), Hacı Əliyev (-65 kq), Cəbrayıl Həsənov (-79 kq), Şərif Şərifov (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) kimi aparıcı üzvlərinin zədə səbəbindən iştirak etmədikləri yarışda aşağıdakı qaliblər müəyyənləşib.

57 kq. Mahir Əmiraslanov (“Neftçi”)

61 kq. Mircəlal Həsənzadə (Abşeron)

65 kq. Turan Bayramov (Gəncə)

70 kq. Ağahüseyn Mustafayev (MOİK)

74 kq. Hacımurad Hacıyev (“Atasport”)

79 kq. İbrahim Yusubov (Qazax)

86 kq. Murad Süleymanov (Gəncə)

92 kq. Şamil Zubairov (“Atasport”)

97 kq. Nurməhəmməd Hacıyev (“Atasport”)

125 kq. İslam Abuyev (“Atasport”)

Qeyd edək ki, millimizin legionerlərindən İslam Bazarqanov (-57 kq), Qitinoməhəmməd Hacıyev (-70 kq), Hacımurad Ömərov(-74 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq), Məhəmmədhacı Xatiyev (-92 kq), Aslanbəy Alborov (-97 kq) gümüş, Əbubəkr Abakarov (-79 kq) və Əli İsayev (-125 kq) bürünc medal qazanıb. Onlardan yalnız David Suynucxanov (-74 kq) medalsız qalıb. O, bürünc medal uğrunda görüşdə uduzub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ