SON DƏQİQƏ
» » Ermənistanda oynamış futbolçu Azərbaycan klubunda

Ermənistanda oynamış futbolçu Azərbaycan klubunda

Tarix:

28-01-2019, 20:13

/ 10 318 dəfə oxundu.
Ermənistanda oynamış futbolçu Azərbaycan klubunda

“Zirə” klubu heyətinə iki yeni futbolçu qatıb. 

GunAz.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının autsayderi olan komanda paraqvaylı Xulio Sezar Rodriqes Ximenes və Fil Dişi Sahilindən olan İsmael Beko Fofana ilə anlaşıb. 

Hər iki hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 28 yaşlı paraqvaylının son klubu ölkəsinin “Deportivo” (Kapyata) klubu olub. O, Avropada ilk legioner karyerasını Azərbaycanda yaşayacaq.

30 yaşlı afrikalı isə son olaraq Serbiyanın “Voyvodina” klubunda legioner həyatı yaşayıb. Onu da bildirək ki, Beko Fofana 2012-ci ilin yanvarın 2013-cü ilin yayınadək Ermənistanın “Şirak” klubunda oynayıb. O burda Ermənistan kubokunu qazanıb və yerli çempionatda 15 qola imza atmaqla ən məhsuldar karyerasını nümayiş etdirib. Daha sonra Çempionlar Liqasının II təsnifat mərhələsində Serbiyanın “Partizan” komandasına qarşı keçirdiyi gözəl oyuna görə Belqrad klubuna trnafser olunub.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ