SON DƏQİQƏ

“Mançester Siti”dən inamlı qələbə

Tarix:

15-01-2019, 11:32

/ 10 262 dəfə oxundu.
“Mançester Siti”dən inamlı qələbə

İngiltərə çempionatının 22-ci turunun son oyununda “Mançester Siti” doğma meydanda “Vulverhempton”a qalib gəlib.

GunAz.az-ın xəbərinə görə, qarşılaşma 3:0 hesabı ilə başa çatıb. 

Şəhərlilərin heyətində Qabriel Jesus dubla imza atıb (10 və 39-cu dəqiqələrdə), daha bir qolu isə 78-ci dəqiqədə Konor Kodi öz qapısına vurub.

Bu qələbə ilə xallarının sayını 53-ə çatdıran Xosep Qvardiolanın yetirmələri turnir cədvəlində ikinci yerini möhkəmlədiblər. İlk pillədə isə 57 xalla “Liverpul” qərarlaşıb.

скачать dle 12.1

Şərhlər