SON DƏQİQƏ

Suares “Arsenal”a keçir

Tarix:

5-01-2019, 17:37

/ 10 328 dəfə oxundu.
Suares “Arsenal”a keçir

Londonun “Arsenal” klubunun rəhbərliyi “Barselona” klubunun şərəfini qoruyan yarımmüdafiəçi Denis Suaresi heyətinə qatmaq niyyətindədir.

GunAz.az xəbər verir ki, bu haqda “Sky Sport İtalia” yazır.

Məlumata əsasən, ispan futbolçu Kataloniya klubunun heyətində meydana, demək olar ki, çıxmır və artıq qış transfer pəncərəsində dumanlı Albiona köçə bilər.

Qeyd edək ki, Suares “Sevilya” klubunda çıxış etdiyi vaxtlar “topçuların” baş məşqçisi Unaem Emerinin rəhbərliyi altında top qovub.

Cari mövsümdə havbek “La liqa”nın yalnız iki matçında meydana çıxıb və hər hansı əlamətdar nəticə göstərməyib.

скачать dle 12.1

Şərhlər