SON DƏQİQƏ
» » AFFA-nın iclası: Qurban Qurbanov istefa verdi - Yeniləndi

AFFA-nın iclası: Qurban Qurbanov istefa verdi - Yeniləndi

Tarix:

8-12-2018, 14:34

/ 10 347 dəfə oxundu.
AFFA-nın iclası: Qurban Qurbanov istefa verdi - Yeniləndi

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb.

GunAz.az-n məlumatına görə, 46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb.

Eyni zamanda "Qarabağ"ı çalışdıran Qurbanov komitənin yığıncağında yığma ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsini istəyib. Mütəxəssisin bu istəyi qəbul olunub.

***

09:56

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası başlayıb.

GunAz.az-ın məlumatına görə, saat 11:00-da başlayan iclasda əsas müzakirə mövzusu Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi olunur.

Bundan başqa aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.

İclasda digər məsələlərə dair fikir mübadiləsi də gedəcək.

Mətbuatda və sosial mediada Qurban Qurbanovun millidəki postundan istefa verəcəyi xəbəri yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ