SON DƏQİQƏ
» » Daha bir azərbaycanlı Türkiyə adından çıxış etməyə hazırlaşır - FOTO

Daha bir azərbaycanlı Türkiyə adından çıxış etməyə hazırlaşır - FOTO

Tarix:

7-12-2018, 18:17

/ 10 341 dəfə oxundu.
Daha bir azərbaycanlı Türkiyə adından çıxış etməyə hazırlaşır - FOTO

Daha bir azərbaycanlı idmançı Türkiyə adından çıxış edə bilər.

GunAz.az xəbər verir ki, Türkiyənin Manisa şəhərindəki zallardan birində məşq edən beş əcnəbi gənc – bir qız və dörd oğlan bu ölkənin adından rinqə çıxmaq istəyir.

Təhsil almaq üçün Türkiyəyə gəlmiş iranlılar – Puhe MisaqyanƏhmədrza KafiDanial Şahbazi, iraqlı Əhməd Əlinin arasında azərbaycanlı Teymur Əlizadə də var. 23 yaşlı Əlizadə Manisaya iki il əvvəl universitetdə oxumaq üçün gəldiyini, Azərbaycanda kikboksinqlə məşğul olduğunu bildirib:

“Buraya gələndən boksa daha çox marağım artdı. Boksla bir ildir məşğulam. Rinqlərə çıxmaq istəyirəm. Türkiyə bayrağını ən yaxşı şəkildə ən gözəl yerlərdə dalğalandırmağı qarşıma məqsəd qoymuşam”.

Boks məşqçisi Yahya Arslan isə idmançıların hədəflərinə çatması üçün əllərindən gələni etdiklərini söyləyib:

“Federasiyamız icazə verəcəyi təqdirdə, bu idmançıları Türkiyə çempionatlarında döyüşdürməyi planlaşdırırıq. Onun üçün burada çalışırıq. Türk boksçular kimi əcnəbi idmançılarımızın da məqsədləri var. Bu məqsədlərə çatmaq yolunda çalışırıq”.

Qeyd edək ki, azərbaycanlı qaçışçı Ramil Quliyev Türkiyə adından çıxış edir. 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ