SON DƏQİQƏ

Avroliqa: “Qarabağ” xalsız qaldı

Tarix:

25-10-2018, 23:06

/ 10 397 dəfə oxundu.
Avroliqa: “Qarabağ” xalsız qaldı

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

GunAz.az xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç qonaqları hesabda irəli çıxarıb: - 0:1.
Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur
E qrupu

25 oktyabr

Qarabağ (Azərbaycan) - Vorskla (Ukrayna) 0:1

Qol: Vladislav Kulaç, 48.

Baş hakim: Roi Reinşreyber
Yan xətt hakimləri: Danni Krasiku, David Elias Bitton
Dördüncü hakim: Amihay Yehoşua Mozes
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsrail)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Kazimirj Olesjek (Polşa)
Bakı Olimpiya Stadionu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ