SON DƏQİQƏ
» » Ümumdünya Şahmat Olimpiadasında millimizdən növbəti qələbə

Ümumdünya Şahmat Olimpiadasında millimizdən növbəti qələbə

Tarix:

1-10-2018, 08:00

/ 10 344 dəfə oxundu.
Ümumdünya Şahmat Olimpiadasında millimizdən növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.

GunAz.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşıb və görüş millimizin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb. Millimiz turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qadın millimizin aktivində hazırda on xal var.

скачать dle 12.1

Şərhlər