SON DƏQİQƏ

Türk futbolçu İtaliyada ən yaxşı seçildi

Tarix:

1-06-2018, 08:43

/ 10 440 dəfə oxundu.
Türk futbolçu İtaliyada ən yaxşı seçildi

"Roma"nın futbolçusu Cengiz Ünder klubunda 2017/18 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsverməni birinci pillədə başa vurub. İtaliyalı Lorenzo Pelleqreni 2-ci, çexiyalı Patrik Şik isə 3-cü olub.

Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə "Roma"nın heyətində 32 oyunda iştirak edib. Gənc futbolçu bu qarşılaşmalarda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ