SON DƏQİQƏ

Ronaldo "Real"dan gedir?

Tarix:

29-05-2018, 16:45

/ 10 329 dəfə oxundu.
Ronaldo "Real"dan gedir?

"Real"ın (İspaniya) portuqaliyalı hücumçusu Kriştianu Ronaldo futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) üzərində qələbədən sonra (3:1) Madrid klubunu tezliklə tərk edə biləcəyi ilə bağlı dediklərinə aydınlıq gətirib.

Gunaz.az  xəbər verir ki, O, bununla bağlı fikrini yaxın günlərdə açıqlayacağını deyib.

"Gələcək barədə sonra danışacağıq. "Real"da oynamaqdan çox məmnun oldum, cavabı isə önümüzdəki günlərdə verəcəyəm.

"Real"da daha bir mövsüm keçirəcəyəmmi? Buna zəmanət verə bilmərəm. Gizlətməyəcəyəm, önümüzdəki günlərdə öz fikrimi bildirəcəyəm. Həyat yalnız şöhrətdən ibarət deyil", - deyə Ronaldo əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ