SON DƏQİQƏ
» » “Everton” baş məşqçi dəyişikliyinə gedir

“Everton” baş məşqçi dəyişikliyinə gedir

Tarix:

1-03-2018, 17:15

/ 10 424 dəfə oxundu.
“Everton” baş məşqçi dəyişikliyinə gedir

İngiltərə Premyer Liqası komandalarından olan “Everton” baş məşqçi dəyişikliyinə gedir.

 Xəbər verilir ki, klub rəhbərliyi Sam Allardisenin yerinə “Şaxtyor”un baş məşqçisi Paulo Fonsekanı gətirməyi planlaşdırır. Dəyişikliyə səbəb komandanın 28 matçda 34 xal toplamasıdır.

Klubun indoneziyalı prezidenti Moşiri mövsümün sonu üçün Paulo Fonseka ilə özəl bir görüş keçirəcək. Fonseka ilə görüşlər müsbət nəticə verməsə, rəhbərlik hazırda heç bir komanda ilə işləməyən Luis Enrikeyə üz tutacaq.

“Everton”un hazırkı baş məşqçi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

P.Fonseka Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”un qrupdan çıxmasından sonra film qəhrəmanı Zorronun geyimi ilə mətbuat konfransına qatılmış, bununla bütün diqqətləri üzərinə çəkmişdi.

Qeyd edək ki, "Everton" qış transfer pəncərəsində Türkiyənin "Beşiktaş" klubunun forvardı Cenk Tosunu 28 milyon avro qarşılığında heyətinə qatmışdı. Sam Allardise futbolçunun qışda yeni komandaya qatılmağının çətin proses olduğunu bəhanə gətirərək C.Tosunu ehtiyat heytədə saxlayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ