SON DƏQİQƏ
» » “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”-YARIŞ

“Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”-YARIŞ

Tarix:

19-02-2018, 14:57

/ 1 712 dəfə oxundu.
“Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”-YARIŞ

Azərbaycan Milli Olimpia Komitəsinin,Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Əl Oyunları İdman sarayında “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”mövzusunda Respublika Çempionatı keçirilmişdir.

 Gunaz.az bildirir ki, ölkəmizin ayrı-ayrı bölgələrindən gəlmiş yeniyetmə,  gənclər  eləcə də peşəkar kinkboksinqçilər yarışda iştirak edirdilər.Üç gün davam edən yarış uğurla başa çatdı.

”Bizə bu gün sağlam idmançı gənclər lazımdır.İdman özü sağlamlıq deməkdir.Torpaqlarımızın 20%-i işğal altındadır.Biz sağlam idmançı gənclərimizlə ordumuza peşəkar əsgər yetişdiririk.İnanıram ki,ali baş komandanımızın rəhbərliyi ilə və ordumuzun gücü sayəsində torpaqlarımızı yağı düşmənlərdən azad edəcəyik.Yeniyetmə və gənclərimiz idmanla məşqul olmaqla həm sağlam böyüyür həm də zərərli vərdişlərə meyl etmir və onlardan uzaq olurlar”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti millət vəkili Adil Əliyev öz çıxışında vurğuladı.

“Uniklinika”nın həkim briqadası hər il olduğu kimi bu ildə yarışda zədə alan döyüşçülərə ilk tibbi yardım göstərdilər.Ciddi xəsarət alan olmadı.Yarış uğurla tamaşaçıların alqışları ilə başa çatdı.Qalib döyüşçülər diplom,medal və kubokla mükafatlandırıldılar.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ