SON DƏQİQƏ

Premyer Liqanın yayım hüququ satıldı

Tarix:

14-02-2018, 15:54

/ 1 093 dəfə oxundu.
Premyer Liqanın yayım hüququ satıldı

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb.

Gunaz.az xəbər verir ki, 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. “Sky Sports” və “BT Sport” kanalları 7 paketdən 5-ni alıb. “Sky Sports” 4, “BT Spotrs” isə 1 paketə sahib olub.

Adları çəkilən kanallar “Amazon”, “Facebook”, “Twitter” və “Netflix” kimi ünlü şirkətləri yarışda qabaqlamağı bacarıb.
 
Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ