SON DƏQİQƏ
» » Özbəkistan mediası: "Qarabağ" tarix yazdı - Foto

Özbəkistan mediası: "Qarabağ" tarix yazdı - Foto

Tarix:

6-09-2017, 19:47

/ 1 496 dəfə oxundu.
Özbəkistan mediası: "Qarabağ" tarix yazdı - Foto

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə kun.uz və kultura.uz portallarında Ağdamın "Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi haqqında özbək və rus dillərində məqalə yerləşdirilib.
GUNAZ.az xəbər verir ki, məqalələrdə qeyd olunub ki, "Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində uğurla çıxış edərək qrup mərhələsinə yüksəlməsi Azərbaycan futbolunun böyük uğurudur. Komanda bu mühüm qələbə ilə adını idman tarixinə yazdı.
Bildirilib ki, Ermənistanın işğalı nəticəsində 20 ildən çoxdur ev oyunlarını doğma stadionunda keçirə bilməyən "Qarabağ” komandası ilk dəfədir UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Yazıda, həmçinin klubun tarixi haqqında söhbət açılıb.
Yazılarda diqqətə çatdırılıb ki, qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev komandanın üzvlərini qəbul edib, onları böyük uğur münasibətilə təbrik edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ