SON DƏQİQƏ

"Qarabağ" 2 milyon avro mükafat aldı

Tarix:

6-09-2017, 17:46

/ 1 415 dəfə oxundu.
"Qarabağ" 2 milyon avro mükafat aldı

"Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) "pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.
GUNAZ.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə "Qarabağ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, "Qarabağ” ÇL-in "pley-off” mərhələsində Danimarka təmsilçisi "Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.

 

 

скачать dle 12.1

Şərhlər