
"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayevin "Anortosis" klubuna keçidi rəsmiləşib.
Qol.az-ın məlumatına görə, bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində "Neftçi"dən "Qəbələ"yə keçib.
GUNAZ.az