SON DƏQİQƏ

Avropa çempionatının biletləri satışda

Tarix:

25-07-2017, 07:50

/ 2 803 dəfə oxundu.
Avropa çempionatının biletləri satışda

22 sentyabr – 1 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 2017 qadınlararası Avropa çempionatının biletləri bu gündən Bakıda satışa çıxarılıb.

GUNAZ.az xəbər verir ki, biletlərin qiyməti 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat olacaq. Bir adam maksimum 10 bilet ala bilər.

Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıt, Heydər Əliyev Sarayında, Nizami küçəsi və Bülbül prospektinin kəsişməsində, Hökümət Evinin yanında və "Azərbaycan” kinoteatrının yanında, "Gənclik Mall” və "28 Mall”da yerləşən "iTickets” köşklərindən əldə etmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ