SON DƏQİQƏ
» » "Barselona"dan 12 milyonluq transfer - Tello satıldı

"Barselona"dan 12 milyonluq transfer - Tello satıldı

Tarix:

1-07-2017, 15:41

/ 3 718 dəfə oxundu.
"Barselona"dan 12 milyonluq transfer - Tello satıldı

"Barselona" futbolçusu Kristian Tellonu "Real Betis"ə 4 milyon avroya atdığını açıqlayıb.
"Everton"dan sabiq futbolçusu Cerard Delufonu alan katalon təmsilçisi Tellonu satmaq qərarına gəlib. 
"Barselona" bununla yanaşı futbolçunun uğur və oynayacağı matç sayına görə 1 milyon avroluq anlaşması olduğunu, ispaniyalının başqa kluba keçməsi təqdirdə bu transferdən də pay alacağını bildirib. 
"Espanyol"un aşağı yaş qruplarından "Barselona"nın B komandasına keçən Tello 2014-16-cı illərdə "Portu"nun formasını geyib. O son olaraq "Fiorentina"da top qovurdu.
Cerard Delufo isə "Barselona"ya 12 milyon avroya transfer olunub. Hər iki futbolçu sağ cinah hücumçusudu.

GUNAZ.az 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ