SON DƏQİQƏ

Həmyerlimiz Ukraynada medal qazandı

Tarix:

4-05-2017, 12:43

/ 4 291 dəfə oxundu.
Həmyerlimiz Ukraynada medal qazandı

Kiyev vilayətində keçirilən Cüdo üzrə açıq çempionatda, 2002, 2003, 2004-cü il təvəllüdlü idmançılar yarışıblar.

Ukrayna bürosunun verdiyi məlumata görə tədbirdə, şəhər meriyasından, Ukrayna Cüdo federasiyasından, və region klublarından da xeyli qonaq iştirak edib. Tədbirdə ilk sözü Cüdo Federasiyasının Kiyev Vilayəti üzrə Prezidenti, Melenevskiy Eduard Anatoliyeviç açaraq, tədbir iştirakçılarını salamlayıb və keçirilən açıq çempionatın mahiyyətindən danışıb: bu gün burada 2002, 2003,2004-cü il təvəllüdlü idmançılar gərgin mübarizə aparacaqlar. Onu da xüsusi xatırladım ki, hakimlərin hamısı Kiyev şəhərindən gəldiyi üçün, heç bir klub üzvü, ədalətsizliklə qarşılaşdığını iddia edə bilməyəcək. Biz bu gün bütün gücümüzlə çalışırıq ki, yarış, tam şəffaf keçirilsin. Kimlər güclüdürsə onlar da qalib olacaqlar. Bilirsiniz ki, bu günkü tədbirimizin qalibləri avtomatik olaraq, Ukrayna Respublikası çempionatında iştirak üçün sertifikatlar da alacaqdır. Mən bura dəvət olunmuş mətbuat işçiləri və digər qonaqlarımızı da xüsusi salamlayıram.
Daha sonra tədbirdə Vasilkov Cüdo məktəbinin aparıcı məşqçisi Rudoy Aleksandır Aleksandroviç çıxış edərək, tədbirin mahiyyətindən geniş söhbət açıb: Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar bu günkü tədbirimizin daha bir müsbət xüsusiyyəti də odurki, bu çempionatda siz yeni simalar da görəcəksiniz. Bu bir yarış meydanıdır, çünki bu gün burada, Kiyev vilayəti üzrə açıq Cüdo çempionatı keçirilir, hesab edirəm ki, burada zəif idmançı yoxdur. Düzdür, bu gün bir çox idmançılar ilk dəfə öz güclərini rəsmi yarışlarda sınayacaqlar. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram.
Sonra yarışa start verildi. Əvvəlcə 2002-ci il təvəllüdlü idmançılar yarışa başladılar.
Ukrayna bürosunun verdiyi məlumata görə, yarış iştirakçıları arasında, yeganə azərbaycanlı idmançı Ələkbərli Sadiq Əlmaniz oğlu da iştirak edib. Sadiq Ələkbərli Kiyev vilayəti Vasilkov şəhərindəki "8” saylı məktəbin "9”-cu sinifində oxuyur. O, bu tədbirə Vasilkov şəhər Cüdo federasiyasının tərkibində, ilk dəfə olaraq, rəsmi yarışa qatılıb. 
Sia-nın Ukrayna bürosunun verdiyi məlumata görə "55” kq çəkidə yarışlara qatılan Sadiq Ələkbərli ilk görüşünü təmiz qələbə, İppon ilə başa vurub. S.Ələkbərli ikinci görüşünü də təmiz qələbə İpponla başa vurub. Daha sonrakı iki görüşdə isə, cüzi xal çatışmamazlığı Vazari ilə məğlub olan, Sadiq Ələkbərli Kiyev vilayəti üzrə keçirilən açıq Cüdo çempionatında " 3 "-cü yerə layiq görülüb. O, bununla da Ukrayna Respublikası Cüdo çempionatına Sertifikat da əldə edib.
Ukrayna bürosu, həmyerlimizdən müsahibə də alıb: Mən ilk dəfə idi ki, rəsmi tədbirə qatılırdım, çünki atam məni idmandan daha çox dərslərimə vaxt ayırmağımı istəyir. Odurki, mən məşqlərdə mütəmadi olaraq iştirak edə bilmirdim. Bu mənim üçün, ilk şans idi, məğlub olduğum idmançılar dəfələrlə rəsmi yarışların iştirakçısı olduqları üçün, məndən çox təcrübəli idilər. Nəzərə alsaq ki, mən çox cüzi xallarla məğlub oldum, düşünürəm ki, öz üzərimdə çalışsam, gərgin məşqlərə qatıla bilsəm, qısa müddətdə birinciliyi də əldə edə bilərəm. Arzum ilk öncə çempion olub, Ukrayna ilə yanaşı Azərbaycan bayrağını da qaldırmaqdır.

Şərqi Avropa ölkələri
və Ukrayna bürosunun rəhbəri
Əlmaniz ƏLƏKBƏRLİ

скачать dle 12.1

Şərhlər