SON DƏQİQƏ

Cüdoçumuz Avropanın ən yaxşısı oldu - Foto

Tarix:

23-04-2017, 22:28

/ 4 131 dəfə oxundu.
Cüdoçumuz Avropanın ən yaxşısı oldu - Foto

 Polşanın paytaxtı Varşavada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Sergey Soloveyçik, federasiya və idman təşkilatlarının rəhbərləri, habelə Polşanın dövlət rəsmiləri iştirak ediblər.
Mərasimdə son vaxtlar Azərbaycan cüdosundakı inkişaf və qazanılan uğurlar da xüsusi qeyd edilib. Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. Cüdo Birliyinin rəhbəri Sergey Soloveyçik Azərbaycan cüdoçusuna "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatını təqdim edib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ