SON DƏQİQƏ

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

Tarix:

24-04-2017, 01:03

/ 4 169 dəfə oxundu.
Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

İspaniya La Liqasında XXXIII tura start verilib.
 Turun ilk oyununda "Sevilya" evdə "Qranada"nı 2:0 hesabıyla məğlub edib.
Tur iki Madrid - Kataloniya duelinə şahidlik etdi. İlk olaraq, şənbə günü "Atletiko" "Espanyol"a qonaq oldu.
Bazar günü isə nəinki La Liqada, bütün Avropada həftənin mərkəzi oyunu baş tutdu. Həmin gün bütün dünyanın diqqəti Madridə - "Santyaqo Bernabeu"ya yönəldi. "El klasiko"da "Real" "Barselona"nı qəbul etdi. Çempionlar Liqasında mübarizəni dayandıran katalonlar La Liqada çempionluq uğrunda mübarizəni davam etdirmək, həm də azarkeşləri qarşısında bəraət almaq üçün əzəli rəqibini səfərdə məğlub etməli idi. "Kral klubu" isə qitənin ən nüfuzlu klub turnirindəki uğurunu ölkə çempionatında da davam etdirməyi planlaşdırırdı.
İspaniya La Liqası
XXXIII tur
21 aprel
"Sevilya" - "Qranada" - 2:0
Qollar: Qanso, 4; 46 
22 aprel
"Malaqa" - "Valensiya" - 2:0
Qollar: Resio, 36, Ramirez, 40
"Vilyarreal" - "Leqanes" - 2:1
Qollar: Bakambu, 68, 90+2 - Gerrero, 90
"Osasuna" - "Sportinq" - 2:2
Qollar: Mere, 19 (öz qapısına), Kodro, 72 - Kanella, 79, Kastro, 81
"Espanyol" - "Atletiko" - 0:1
Qol: Qrizman, 73
23 aprel
"Real Sosyedad" - "Deportivo" - 1:0
Qol: Villian Xose, 28
"Selta" - "Betis" - 0:1
Qol: Brasanac, 54
"Las Palmas" - "Alaves" - 1:1
Qollar: Boatenq, 44 - İbai, 61
"Real" - "Barselona" - 2:3
Qollar: Kasemiro, 28, Xames, 85 - Messi, 33, 90+2, Rakitiç, 73
24 aprel
22:45 "Eybar" - "Atletik"
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər