SON DƏQİQƏ
» » “Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

Tarix:

23-06-2026, 09:17

/ 2 462 dəfə oxundu.
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq.
GunAz.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə I Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
скачать dle 12.1

Şərhlər