SON DƏQİQƏ

"Barsa"dan darmadağın, "Real" isə...

Tarix:

2-03-2017, 08:42

/ 4 191 dəfə oxundu.
"Barsa"dan darmadağın, "Real" isə...

İspaniya La Liqasında 25-ci tura start verilib.

 Turun ilk oyununda "Real Sosyedad” "Eybar”la 2:2 hesabıyla bərabərə qalıb.

Lider "Real” evdə "Las Palmas”la qarşılaşıb. Gərgin keçən oyunun gedişində 1:3 hesabıyla geri düşən və Qaret Beylin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalan "Kral klubu" məğlubiyyətdən xilas olmağı bacarıb. Kriştiano Ronaldo 86 və 89-cu dəqiqələrdə vurduğu qollarla "Real"a 1 xal qazandırıb.

Bu turadək Madrid təmsilçisinin ən yaxın izləyicisi olan"Barselona” isə evdə Xixon "Sportinq”ini darmadağın edərək, liderliyə yüksəlib.

Xatırladaq ki, "Real" "Barsa"dan 1 oyun az keçirib.(Publika.az)

Gunaz.az

İspaniya La Liqası, 25-ci tur

28 fevral

Real Sosyedad - Eybar 2:2

Qol: Xuanmi, 14. Karlos Vela, 67-pen - Eskalante, 26. Pedro Leon, 90+3.

Qırmızı vərəqə: Xuanmi, 59 (Real Sosyedad), Lejen, 46 (Eybar).

Malaqa - Betis 1:2

Qol: Fornals, 39 - Yonas Martin, 49. Sanabria, 74.

Valensiya - Leqanes 1:0

Qol: Alberto Martin, 81.

1 mart

Osasuna - Vilyarreal 1:4

Qol: Roberto Torres, 64-pen - Soriano 2. Soldado, 27-pen. Borre, 74; 79.

Barselona - Sportinq 6:1

Qol: Messi, 9. Xuan Rodriqes, 10-avtoqol. Luis Suares, 27. Pako Alkaser, 49. Neymar, 66. Rakitiç, 88 - Karlos Kastro, 21.

Selta - Espanyol 2:2

Qol: Aspas, 21. Vass, 30 - Moreno, 28. Piatti, 32.

Qırmızı vərəqə: Fontas, 43 (Selta).

Qranada - Alaves 2:1

Qol: Vakaso, 38. Kuenka, 54 - Kamarasa, 57.

Qırmızı vərəqə: Katai, 90. Aleksis, 90+4 (hər ikisi "Alaves").

Real - Las Palmas 3:3

Qol: İsko, 8. Ronaldo, 86-pen; 89 - Tana, 10. Viera, 56-pen. Boatenq, 60.

Qırmızı vərəqə: Beyl, 48 (Real).

2 mart

23:45 Deportivo - Atletiko
00:30 Sevilya - Atletik

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər