SON DƏQİQƏ

Van Persinin cəzası azaldıldı

Tarix:

11-02-2017, 18:38

/ 7 110 dəfə oxundu.
Van Persinin cəzası azaldıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Robin Van Persinin cəzasını yüngülləşdirib.
Qol.az-ın xəbərinə görə, "Fənərbaxça"nın şikayəti əsasında məsələ yenidən baxan İK hollandiyalı hücumçunun cəzasını azaldıb. Ölkə kubokunda "Beşiktaş"la oyunda Van Persinin rəqib azarkeşlərə və futbolçulara qarşı davranışına görə verilən 3 oyunluq cəza 2 oyuna endirilib.
Qeyd edək ki, Van Persi həmin oyunda vurduğu qoldan sonra rəqib azarkeşlərə və futbolçulara dilini göstərmişdi. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ