SON DƏQİQƏ

Məşhur futbolçu karyerasını başa vurub

Tarix:

2-02-2017, 20:21

/ 3 799 dəfə oxundu.
Məşhur  futbolçu karyerasını başa vurub

 İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard karyerasını başa vurub. 
38 yaşlı yarımmüdafiəçi bu qərarını şəxsi "Instagram" səhifəsi vasitəsilə açıqlayıb.
Karyerası ərzində "Vest Hem", "Suonsi", "Çelsi", "Mançester Siti" və "Nyu-York Siti" klublarında forma geyinən Lempard birgə çalışdığı mütəxəssislərə, futbolçulara, eləcə də azarkeşlərə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi"nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ