"Barselona"lı yarımmüdafiəçinin son durumu müəyyənləşdi
Tarix:
23-01-2017, 22:43
/ 9 564 dəfə oxundu.
"Barselona"nın futbolçusu Serxio Busketsin son durumu müəyyənləşib. Tibbi müayinədən keçən 28 yaşlı yarımmüdafiəçinin sağ ayaq biləyinin burxulduğu məlum olub. Onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, S.Buskets La Liqanın 19-cu turunda "Eybar"la görüşdə (4:0) zədələnib. Onun bundan əvvəl 1 ay yaşıl meydanlardan uzaq qala biləcəyi iddia edilirdi.