Parisdə güclü yanğın: ölənlər var

Parisdə güclü yanğın: ölənlər var

Parisin cənub-qərbində yerləşən yaşayış evlərindən birində baş verən yanğın zamanı azı yeddi nəfər ölüb, 28 nəfərə xəsarət alıb. 

Bununla bağlı RTL radiostansiyası məlumat yayıb. 

Yaralılardan birinin vəziyyəti ağırdır. Yanğın Parisin 16-cı dairəsində Erlanj küçəsindəki səkkiz mərtəbəli binada gecə saatlarında meydana gəlib. 

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib. Sakinlər təxliyyə edilib. Hadisənin səbəbləri məlum deyil.

скачать dle 12.1
Geri qayıt