Üç xizəkçi qar uçqunu altında qalaraq həlak olub

Üç xizəkçi qar uçqunu altında qalaraq həlak olub

Daşkənd vilayətinin Bostanlıq rayonundakı Bildirsay idman kompleksində üç xizəkçi kişi qar uçqunu altında qalaraq həlak olub.

GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Özbəkistanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, gənclər qadağan olunan zonaya daxil olduqdan sonra uçqun baş verib. FHN-in əməkdaşları xizəkçilərin nəşini qarın altından çıxarıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

скачать dle 12.1
Geri qayıt