Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurdu

Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurdu

Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

"Report"un məlumatına görə, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt