Yaşayış evində yanğın olub, ölənlər var

Yaşayış evində yanğın olub, ölənlər var
Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.
 "İnterfaks” agentliyinə istinadən verilən xəbərə görə, hadisə Nijneudinsk rayonunda qeydə alınıb.
Yanğın zamanı 4 nəfər  ölüb. Alov söndürüldükdən sonra ikimənzilli yaşayış evində iki kişi və iki qadının meyiti aşkarlanıb.
Daha iki nəfəri,  69 yaşlı qadını və 47 yaşlı əlil kişini qonşular yanğınsöndürənlər gələnədək xilas edə bilib.
İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranma səbəb olub.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt