SON DƏQİQƏ
» » Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb

Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb

Tarix:

8-01-2017, 13:53

/ 4 059 dəfə oxundu.
Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb

Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb.

 Babək Rayon Polis Şöbəsinin əməkdaşları Nehrəm kənd sakini Bayram Məmmədovu kəndin ərazisində  dağ keçisi ovladığına görə saxlayıblar. Nehrəm kəndi ərazisində ferması olan B. Məmmədov iki gün əvvəl özünəməxsus ov silahı ilə dağ keçisini ovlayıb.

 Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasına nail olmaqdır. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər