Yaponiyanın balıqçı gəmisi "Day-xati Xokko-maru" Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Rusiyanın "Amur" gəmisi ilə toqquşub.
"Report” xəbər verir ki, bu barədə şəhərin dənizdə təhlükəsizlik xidmətinə istinadən NHK telekanalı xəbər verib.
Bildirilir ki, hadisə çərşənbə günü səhər olub.
Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.