SON DƏQİQƏ
» » Metroda baş verən atışmada ölənlərin sayı 25 nəfərə çatdı - YENİLƏNİB

Metroda baş verən atışmada ölənlərin sayı 25 nəfərə çatdı - YENİLƏNİB

Tarix:

7-05-2021, 08:32

/ 4 472 dəfə oxundu.
Metroda baş verən atışmada ölənlərin sayı 25 nəfərə çatdı - YENİLƏNİB

Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report” "Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 25 nəfər həlak olub. Qeyd edilir ki, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.

Daha əvvəl hadisə zamanı 23 nəfərin öldüyü bildirilirdi. Həlak olanlar arasında polis əməkdaşı da var.

21:01

Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində 1 polis zabiti və 22 şübhəli şəxs ölüb.

Bu barədə  "RİA Novosti” xəbər verir.

Bildirilir ki, hadisə zamanı həmçinin iki qatar sərnişini və iki polis də yaralanıb.

Məlumata görə, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ