SON DƏQİQƏ

Şəmkirdə inzibati bina yandı

Tarix:

2-04-2021, 22:18

/ 1 426 dəfə oxundu.
Şəmkirdə inzibati bina yandı

Şəmkir rayonunda yanğın olub.

GunAz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Zəyəm qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları 75 m² sahədə, digər 2 otağının lambirindən ibarət tavanı 40 m² sahədə və dam örtüyü 85 m² sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ