SON DƏQİQƏ
» » Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Tarix:

29-03-2021, 10:20

/ 3 500 dəfə oxundu.
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınıb.

GünAz.az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

 

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ