SON DƏQİQƏ
» » İt çayda boğulan uşağı son anda xilas etdi - VİDEO

İt çayda boğulan uşağı son anda xilas etdi - VİDEO

Tarix:

28-01-2021, 08:23

/ 5 271 dəfə oxundu.
İt çayda boğulan uşağı son anda xilas etdi - VİDEO

Avstraliyada it çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas edib.

"Daily Mail”in məlumatına görə, hadisə Onkaparinga şəhərində baş verib.

Bildirilir ki, yerli sakinlərdən Rob Osborn iti ilə sahildə gəzərkən çayın ortasında boğulan bir uşaq görüb.

 

"Axın oğlanı dərinliyə, böyük daşlara doğru aparırdı. Onu ölümdən saniyələr ayırırdı”, - deyə Osborn olanları xatırlayıb.

O, suya atılmağa imkan tapmamış iti Maksın artıq oğlana tərəf üzdüyünü görüb.

Osborn uşağa köpəyi adı ilə çağırmağı və heyvanın əynində olan xilasetmə gödəkçəsindən tutmağı tapşırır. Uşaq onun dediyi kimi edir və it onu quruya çıxardır.

"Maks mütləq bir qəhrəmandır, sadəcə bu barədə bilmir”, - deyə itin sahibi qürurla bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ