SON DƏQİQƏ
» » Arvadını bıçaqlayıb qaçarkən YIXILIB ÖLDÜ

Arvadını bıçaqlayıb qaçarkən YIXILIB ÖLDÜ

Tarix:

6-01-2021, 08:31

/ 3 548 dəfə oxundu.
Arvadını bıçaqlayıb qaçarkən YIXILIB ÖLDÜ

Rusiyanın Sankt-Peterburq şəhərində arvadını öldürüb qaçan kişi özü də həyatını itirib.

Mk.ru xəbər verir ki, 46 yaşlı kişi həyat yoldaşını və qızını mənzildə bağlı saxlayaraq onları ölümlə təhdid edib.

Hadisə yerinə gələn polis və fövqəladə hallar işçiləri mənzil sahibinin 41 yaşlı arvadını bıçaqlanmış vəziyyətdə tapıblar. Cütlüyün qızı da yaralanıb.

 

Ailə başçısı qonşuların eyvanından keçərək polisdən qaçmağa çalışıb. Onu binanın aşağısında ölü vəziyyətdə tapıblar.

Zərərçəkən qadın xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ