SON DƏQİQƏ

Tərtərdə AĞIR QƏZA: 8 nəfər yaralandı

Tarix:

20-07-2020, 20:45

/ 5 332 dəfə oxundu.
Tərtərdə AĞIR QƏZA: 8 nəfər yaralandı

Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2 qadın yüngül xəsarət aldığı üçün evə - ambulator müalicəyə buraxılıb.

Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. / "Qafqazinfo"


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ