SON DƏQİQƏ
» » SON DƏQİQƏ: DSX-nın rəis müavini həbs edildi

SON DƏQİQƏ: DSX-nın rəis müavini həbs edildi

Tarix:

14-05-2020, 19:26

/ 1 930 dəfə oxundu.
SON DƏQİQƏ: DSX-nın rəis müavini həbs edildi

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. 

Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılmışlar.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ