SON DƏQİQƏ
» » Gəncədə avtoxuliqanlıq edən 4 nəfər həbs olunub - VİDEO

Gəncədə avtoxuliqanlıq edən 4 nəfər həbs olunub - VİDEO

Tarix:

30-01-2020, 18:59

/ 1 394 dəfə oxundu.
Gəncədə avtoxuliqanlıq edən 4 nəfər həbs olunub - VİDEO

Gəncədə avtoxuliqanlar saxlanılıblar.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

"Mercedes”, "VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/Vpt5QY0Pk8c

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ